Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı bu il 4,5 dəfə azalıb

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı bu il 4,5 dəfə azalıb
# 18 dekabr 2020 12:57 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə azalaraq 1,135 mln. nəfər olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ölkə vətəndaşlarının 29,7%-i İrana, 26,8%-i Gürcüstana, 18,9%-i Rusiyaya, 15,7%-i Türkiyəyə, 8,9%-i digər ölkələrə səfər edib. Gedənlərin 70,2%-ni kişilər, 29,8%-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,5 dəfə, Gürcüstana gedənlərin sayı 4,8 dəfə, Rusiyaya gedənlərin sayı 4,2 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.

Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 74,3%-i dəmir yolu və avtomobil, 22,9%-i hava, 2,8%-i isə dəniz nəqliyyatından istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR