Azərbaycanla Gürcüstan arasında hava nəqliyyatı ilə sərnişin daşımaları kəskin artıb

Azərbaycanla Gürcüstan arasında hava nəqliyyatı ilə sərnişin daşımaları kəskin artıb
# 23 iyul 2019 14:00 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Gürcüstana hava nəqliyyatı vasitəsilə sərnişin daşımalarında kəskin artım qeydə alınıb.

APA-nın yerli bürosu Gürcüstan Milli Turizm Agentliyinin dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, cari ilin birinci yarısında Azərbaycandan Tbilisi Beynəlxalq Aeroportuna 23 245, Batumi Beynəlxalq Aeroportuna isə 533 sərnişin uçub. Ötən ilin analoji dövrünə nisbətən bu göstəricilər müvafiq olaraq 63,5% və 4,9 dəfə artıb.

Hesabatda qeyd olunub ki, əks istiqamətdə hərəkət edən sərnişinlərin sayında da kəskin artım qeydə alınıb. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində Tbilisi Beynəlxalq Aeroportundan Bakıya 23 744 sərnişin, Batumidən isə 404 sərnişin səfər edib. Ötən ilin ilk yarısı ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 61,8% və 4,2 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR