Gürcüstana gedən azərbaycanlı turistlərin sayı 9%-ə yaxın artıb

Gürcüstana gedən azərbaycanlı turistlərin sayı 9%-ə yaxın artıb
  • Clock-gray 11:43
  • calendar-gray 10 İyul 2019

Bu ilin ilk yarısında Azərbaycandan Gürcüstana gedən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% artıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan Milli Turizm Agentliyinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Qeyd olunub ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Gürcüstana 124 780 turist gəlib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 10 128 nəfər və ya 8,8% çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycandan bu ölkəyə gedən turistlərin sayı 114 652 nəfər olub.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date