İrandan Azərbaycana gələn turistlərin sayı 33% azalıb

İrandan Azərbaycana gələn turistlərin sayı 33% azalıb
  • Clock-gray 12:36
  • calendar-gray 03 Aprel 2019

Ötən ildən bu yana İrandan Azərbaycana gələn turistlərin sayı azalıb. Ümumilikdə, ötən il dünya üzrə İran turistlərinin sayı 53% azalıb ki, bu İrana qarşı tətbiq edilən sanksiyalarla bağlıdır. Bu il Azərbaycana gələn iranlı turistlərin sayı ötən illə müqayisədə 33% azalıb. ONA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, ötən ilin əvvəli ilə müqayisədə bu ilin ilk iki ayında Azərbaycana gələn turistlərin sayı 3% artıb.

K. Quluzadə onu da bildirib ki, ilk iki ay ərzində Körfəz ölkələrindən gələnlərin sayı 2% azalıb.

Digər xəbərlər

Arxiv

date