ABŞ-ın Qafqaz üzrə baş müşaviri: Əsas hədəfim Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqdır

ABŞ-ın Qafqaz üzrə baş müşaviri: Əsas hədəfim Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqdır
# 06 mart 2023 13:22 (UTC +04:00)

Ötən ay Münxendə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra ABŞ Dövlət katibi Antoni Blinken məni regiona səfərimlə bağlı təlimatlandırdı.

APA xəbər verir ki, bu barədə bu gün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bildirib.

O, əsas hədəfinin Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq, bu ağrılara son qoymaq olduğunu vurğulayıb.

“Sülh hər iki tərəfin xeyrinədir. Münhendə də tərəflər sülh istədiklərini bəyan edib. Bizim hədəfimiz isə bu nöqtəyə necə gəlməkdir. Sabah İrəvanda görüşüm olacaq. Mənim səfərimin məqsədi tərəfləri dialoqa və mümkün qədər tez görüşməyə təşviq etməkdir”, - diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR