Aİ səfiri Azərbaycanın İrandakı səfirliyinə hücumu qəbuledilməz adlandırıb

Aİ səfiri Peter Mixalko

© APA | Aİ səfiri Peter Mixalko

# 27 yanvar 2023 12:31 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib.

APA xəbər verir ki, bu barədə səfir Mixalko "Twitter" hesabında paylaşım edib.

"Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər məni dəhşətə gətirdi. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - Aİ səfiri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR