AK Partiya: Əminik ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi ərazi bütövlüyü əsasında imzalanacaq

AK Partiya: Əminik ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi ərazi bütövlüyü əsasında imzalanacaq
# 22 noyabr 2022 11:57 (UTC +04:00)

“Əminik ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi ərazi bütövlüyü əsasında imzalanacaq”.

APA-nın xəbərinə görə, bunu bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Xarici əlaqələr üzrə sədr müavini Mehmet Ceylan bildirib.

Mehmet Ceylan deyib ki, Türkiyə-Azərbaycan həmrəyliyi bu gün hər zamankından daha güclüdür: “Həm yaxşı, həm pis gündə Türkiyə Azərbaycanın yanındadır. Şuşa Bəyannaməsini imzalamaqla münasibətlərimizi ən yüksək səviyyəyə çatdırdıq. Regionda davamlı sülh və sabitliyin təmini üçün tarixi bir şərait yaranıb. Türkiyənin münasibətlərin normallaşmasına böyük ümidi var, başqa bir yol yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR