Almaniya Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir

Vaaqn Xaçaturyan - Frank-Valter Ştaynmayer

© APA | Vaaqn Xaçaturyan - Frank-Valter Ştaynmayer

# 13 yanvar 2023 17:20 (UTC +04:00)

Ermənistan prezidenti Vaaqn Xaçaturyan və Almaniya prezidenti Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Tərəflər danışıq zamanı Cənubi Qafqazda və Qarabağdakı vəziyyəti, ikitərəfli münasibətləri müzakirə ediblər.

Ermənistan prezidenti Azərbaycanla sülh prosesinə hazır olduğunu bildirib və onun almaniyalı həmkarı da sülh danışıqlarını dəstəklədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR