Azərbaycan-Türkiyə-Qazaxıstan görüşündə Zəngəzur dəhlizinin reallaşmasına tam dəstək ifadə edilib

Azərbaycan-Türkiyə-Qazaxıstan görüşündə Zəngəzur dəhlizinin reallaşmasına tam dəstək ifadə edilib
# 27 iyun 2022 11:22 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı səviyyəsində birgə əməkdaşlığımız müzakirə obyekti olub.

APA xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Eyni zamanda, Transxəzər Fiber-Optik Kabel xəttinin irəli aparılmasının önəmi diqqətə çatdırıldı. Azərbaycan tərəfi olaraq həmkarlarıma azad olunan ərazilər, bölgədə yaranan yeni reallıqlar, Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarında həyata keçirilən böyük layihələr, eyni zamanda, nəqliyyat layihələri barədə məlumat verildi. Zəngəzur dəhlizinin önəmi bu gün müzakirə mövzusu oldu və həmkarlarım tərəfindən bu layihənin reallaşmasına tam dəstək ifadə edildi”, - XİN rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR