Azərbaycan, Türkiyə və Ermənistan XİN rəhbərləri ayaqüstü söhbət ediblər - FOTO

Azərbaycan, Türkiyə və Ermənistan XİN rəhbərləri ayaqüstü söhbət ediblər - FOTO
# 01 dekabr 2022 13:47 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu və ermənistanlı həmkarı Ararat Mirzoyanla üçtərəfli ayaqüstü qısa söhbət edib.

APA xəbər verir ki, Polşada səfərdə olan XİN başçıları sessiyanın başlamasından öncə qısa söhbət ediblər.

Söhbət əvvəlcə Mövlud Çavuşoğlu və Ararat Mirzoyan arasında olub.

Daha sonra XİN başçısı Ceyhun Bayramov da söhbətə qoşulub.

Nazirlərin bir neçə dəqiqə çəkən üçtərəfli ayaqüstü görüşü zamanı nəyi müzakirə etməsi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR