Bayden: ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyini bir daha təsdiqləyir

Bayden: ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyini bir daha təsdiqləyir
# 27 mart 2023 19:01 (UTC +04:00)

Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyini bir daha təsdiqləyir.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirilib.

“Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir”, - Bayden qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR