BMT hökumətlərin DİM-ləri milli proqramlarına daxil etməsini müsbət qiymətləndirib

BMT hökumətlərin DİM-ləri milli proqramlarına daxil etməsini müsbət qiymətləndirib
# 26 iyun 2019 12:31 (UTC +04:00)

"Hökumətlər DİM-ləri (dayanıqlı inkişaf məqsədləri) milli proqramlarına daxil edirlər. Bu, çox müsbət bir haldır".

APA-nın xəbərinə görə, bunu BMT-nin Təhsil və Tədqiqat Mərkəzinin icraçı direktoru Nixil Set bildirib.

Nixil Set qeyd edib ki, dünyada regionlar arasında fərqli vəziyyətlər mövcuddur: "Son illərdə dünyada aclıq, gecəqondularında yaşayan şəxslərin sayı artıb, yoxsulluq və uşaq ölümləri halları çoxalıb. Son dövrdə ən həssas qrupların vəziyyəti yaxşılaşmayıb".

Onun sözlərinə görə, dünyada son 4 ildə siyasi mühit kəskin şəkildə dəyişib və bu da öz növbəsində baş verən proseslərə öz təsirini göstərib: "Münaqişələr və qeyri-sabitlik dünyada artıb. 105 milyon nəfər öz evlərindən didərgin düşüb. Hazırda iqtisadi artım aşağı səviyyədədir. İnsanlarda hökumətlərə etibarsızlıq artıb".

O, Forumda müzakirə edilən məsələlərin və əldə edilən həll yollarının iştirakçı ölkələrdə tətbiq ediləcəyinə ümid etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR