Bolqarıstan Prezidenti: “Azərbaycan bizim üçün etibarlı və sınanmış tərəfdaşdır”

Bolqarıstan Prezidenti: “Azərbaycan bizim üçün etibarlı və sınanmış tərəfdaşdır”
# 30 sentyabr 2022 16:39 (UTC +04:00)

Biz Azərbaycanla sıx dostluq, qarşılıqlı hörmət münasibətlərinə malikik. Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.

APA xəbər verir ki, bunu Sofiyada Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə keçirilən görüşdə deyib.

Bolqarıstan Prezidenti Azərbaycanı etibarlı və sınanmış tərəfdaş adlandırıb:

“Əminəm, bizim qarşılıqlı marağımız var ki, bütün sahələr üzrə praqmatik və səmərəli münasibətlərimizi inkişaf etdirək. Sizin ölkəmizə səfəriniz böyük rəmzi mənaya malikdir. Çünki bu, bizim diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinə təsadüf edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR