Borrell: “Azərbaycanla yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların vacib mərhələsindəyik”

Ceyhun Bayramov, Cozep Borrell

© APA | Ceyhun Bayramov, Cozep Borrell

# 19 iyul 2022 18:23 (UTC +04:00)

Biz hazırda Azərbaycanla yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların vacib mərhələsindəyik.

APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuata açıqlamasında bildirib.

“Bu yeni saziş bizim əməkdaşlığımızı və siyasi dialoqumuz daha da gücləndirəcək”, - o qeyd edib.

Aİ-nin Ali Nümayəndəsi əlavə edib ki, Aİ Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsini dəstəkləyir.

Borrell vurğulayıb ki, insan haqlarına və qanunun aliliyinə hörmət Azərbaycanla münasibətlərin əsasında dayanır, həmçinin əməkdaşlıq prioritetləri sırasındadır. Onun sözlərinə görə, fəal vətəndaş cəmiyyəti üçün mühitin yaradılması istiqamətində qərarlı addımlar vacibdir:

“Eyni zamanda, Azərbaycanın beynəlxalq standartlara uyğun olaraq insan haqlarının təmin olunması ilə bağlı öhdəliyinə əməl etməsi vacibdir. Biz həmçinin “Media haqqında” yeni Qanunu da müzakirə etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR