Braziliya XİN: "Azərbaycan səfirliyinə hücum xəbərini narahatlıqla qarşıladıq"

Braziliya XİN: "Azərbaycan səfirliyinə hücum xəbərini narahatlıqla qarşıladıq"
# 28 yanvar 2023 06:37 (UTC +04:00)

Braziliya hökuməti Azərbaycanın Tehrandakı səfirliyinin binasına silahlı basqın edilməsi, nəticədə bu missiyanın əməkdaşının həlak olması xəbərini narahatlıqla qarşılayıb.

APA xəbər verir ki, bununla bağlı Braziliya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Braziliya beynəlxalq hüququn çərçivəsində diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini və onların obyektlərinin qorunmasının vacibliyini xatırladır. Braziliya hökuməti Azərbaycan hökuməti və xalqı ilə, eləcə də həlak olanın ailəsi ilə həmrəy olduğunu bildirir”, - deyə bəyanatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR