Ceyhun Bayramov Aİ-nin Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı ilə görüşüb

Ceyhun Bayramov Aİ-nin Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı ilə görüşüb
# 19 iyul 2022 23:07 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

APA xəbər verir ki, bu barədə Avropa Komissarı "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşdə enerji, Cənubi Qafqaz regionundakı vəziyyət və Ukraynadakı müharibənin təsiri müzakirə olunub.

"Bu çətin dövrlər Aİ-Azərbaycan enerji tərəfdaşlığını Komissiyanın illərdir üzərində işlədiyi ikitərəfli münasibətlərin əsas mərkəzinə qoyub", - Aİ rəsmisi vurğulayıb.

Qeyd edək ki, görüş, Azərbaycan XİN başçısının Brüsselə səfəri çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR