Ceyhun Bayramov-Mirzoyan görüşündə erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb 

Ceyhun Bayramov-Mirzoyan görüşündə erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb 
# 16 iyul 2022 19:52 (UTC +04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Tbilisidə keçirilən görüş zamanı Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.

APA xəbər verir ki, humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR