Dövlət Departamenti: ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir

Dövlət Departamenti: ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir
# 27 yanvar 2023 09:42 (UTC +04:00)

ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel mətbuat brifinqində deyib.

"Biz tərəfdaşların, həmçinin Avropa İttifaqının regionda etimadın yaradılması və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün əlverişli mühitin təmin edilməsi istiqamətində səylərini alqışlayırıq. Biz bütün tərəfdaşlarımızla birbaşa və effektiv olduqda regiondakı tərəfdaşlarımızla yaxından işləməyə davam edirik", - o bildirib.

Rusiya sülhməramlılarının rolu ilə bağlı suala cavab olaraq ABŞ Dövlət Departamentinin rəsmisi deyib ki, bununla bağlı ABŞ-ın mövqeyi yoxdur: "Konkret olaraq, Rusiyanın roluna gəlincə isə, ABŞ 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış və Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə nəticələnən atəşkəsdə iştirak etməyib, ona görə də mənim bununla bağlı əlavə fikrim olmayacaq. Amma əlbəttə, bu, dövlət katibi üçün çox vacibdir o, buna yaxından diqqət yetirir və bu məsələ ilə dərindən məşğul olur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR