Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Əli Əsədov, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüş

© APA | Baş nazir Əli Əsədov, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüş

# 28 yanvar 2022 17:39 (UTC +04:00)

Bu gün Baş nazir Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar barədə söhbət açılıb.

Görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən uğurlu əməkdaşlıq yüksək qiymətləndirildi, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR