Elmar Məmmədyarovun Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başa çatıb - YENİLƏNİB

Elmar Məmmədyarovun Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başa çatıb - YENİLƏNİB
# 23 sentyabr 2019 00:40 (UTC +04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarovun Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə Həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.

****

21:56

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT in Minsk Qrupunun həmsədrləri arasında Nyu-Yorkda görüş keçirilir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva "Twitter" səhifəsində yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR