Ərdoğan: Azərbaycan qazı Türkiyənin qovşaq olmasında önəmli faktor olacaq - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 02 noyabr 2022 23:41 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan qazının Avropaya nəqli məsələsini müzakirə edib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə o “A-Haber” kanalına müsahibəsində Azərbaycana son səfəri zamanı bunun müzakirə olunduğunu deyib.

Ərdoğan qeyd edib ki, iki ölkə arasında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri mövcuddur.

Onun sözlərinə görə, TANAP vasitəsi ilə isə Azərbaycandan nəql olunacaq əlavə təbii qaz Türkiyənin qaz mərkəzi olması mövzusunda önəmli faktor olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR