Gürcüstan Azərbaycan-Ermənistan sülh danışıqlarında təmsil olunmağa hazırdır

Gürcüstan Azərbaycan-Ermənistan sülh danışıqlarında təmsil olunmağa hazırdır
# 17 iyun 2022 12:53 (UTC +04:00)

“Bizim Azərbaycanla çox gözəl ikitərəfli münasibətlərimiz var. Böyük layihələrdə iştirak edirik, regional əhəmiyyətli infrastrukturun qlobal əhəmiyyət qazanmasına çalışırıq və buna nail olmuşuq”.

APA xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirədə deyib.

Eka Tkeşelaşvilinin sözlərinə görə, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması onu göstərir ki, sülhə doğru addım atıla bilər: “Gürcüstan hökuməti bu sülh danışıqlarına yardım etməyə, təmsil olunmağa hazırdır. Azərbaycan və Gürcüstan bu prosesdə maraqlıdır”.

Baş nazirin sabiq müavini deyib ki, Gürcüstan xalqları yaxınlaşdırmaq istəyir: “Bu, sülhün bərqərar olmasına töhfə verəcək. Gürcüstan Azərbaycan və Ermənistandan olan nümayəndələrin görüşlərinin keçirilməsinə ev sahibliyi edə bilər”.

O bildirib ki, uzun müddətli strategiya seçilməli, təhdidlərə, çağırışlara birgə cavab verilməlidir.

Baş nazirin sabiq müavini qeyd edib ki, Rusiya Cənubi Qafqaz regionunu parçalanmış, postsovet regionu kimi görmək istəyir: “Ona görə də bölgədə yaşayanlar sıx əlaqələr yaratmaq, regionu gücləndirmək, həmrəy olmaq üçün məsuliyyət daşıyır”.

O xatırladıb ki, Gürcüstanın 20 faizi işğal altındadır, Gürcüstan regionda Rusiya tərəfindən daha çox təhdid olunur: “Gürcüstanın ərazi bütövlüyünün bərpası həm bizim, həm bölgənin, həm də qlobal ictimaiyyətin gündəmində qalır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR