Hikmət Hacıyev azad edilmiş ərazilərə səfər edən beynəlxalq ziyarətçilərlə görüşüb

Hikmət Hacıyev azad edilmiş ərazilərə səfər edən beynəlxalq ziyarətçilərlə görüşüb
# 06 fevral 2023 19:54 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq ziyarətçilərlə görüşüb.

APA xəbər verir ki, bu barədə Hikmət Hacıyev Tvitter hesabındakı paylaşımında qeyd edib.

“Azərbaycanı və Ermənistanın 30 illik dağıdıcı hərbi işğalından azad edilmiş əraziləri ziyarət edən 6-cı Beynəlxalq ziyarətçilər qrupu. Təbiətin gözəlliyi və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma işlərinin miqyası beynəlxalq ziyarətçiləri heyran edib ”, - Hikmət Hacıyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR