Kılıç: “Məqsəd Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələrini daha yüksək səviyyəyə çatdırmaqdır”

Kılıç: “Məqsəd Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələrini daha yüksək səviyyəyə çatdırmaqdır”
# 23 may 2022 17:43 (UTC +04:00)

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici Əlaqələr Komitələrinin üçtərəfli birgə görüşünün Şuşada keçirilməsi olduqca mənalı idi.

APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç deyib.

O bildirib ki, əsas məqsəd komitə üzvləri olaraq üçtərəfli əlaqələri daha yüksək səviyyəyə çatdırmaqdır: “Görüşdə Şuşanın bərpası və normal həyata qayıdış üçün nə kimi dəstək verə biləcəyimiz, həmçinin beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında nəqliyyat, logistika, enerji layihələrin inkişaf etdirilməsi məsələləri müzakirə edildi”.

Akif Çağatay Kılıç qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda həm regionu, həm də dünyanı yaxından maraqlandıran hadisələr baş verir.

“Şuşa görüşündə bu məsələ də müzakirə olundu”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR