Latviyanın sabiq müdafiə naziri: Azərbaycan çox əhəmiyyətli coğrafi oyunçudur, Aİ və NATO bunu gözardı edə bilməz

Latviyanın sabiq müdafiə naziri: Azərbaycan çox əhəmiyyətli coğrafi oyunçudur, Aİ və NATO bunu gözardı edə bilməz
# 10 mart 2023 13:41 (UTC +04:00)

Latviya hər zaman Azərbaycan və Avropa İttifaqı, Azərbaycan və NATO arasında daha dərin inteqrasiyanı və əməkdaşlığı dəstəkləyib.

Bunu APA-ya açıqlamasında Latviyanın keçmiş müdafiə naziri Artis Pabriks deyib.

“Düşünürəm ki, biz Azərbaycanın maraqlarını başa düşürük. Sizinlə burada danışarkən, müzakirələr apararkən rahat hiss edirik. Lakin bu, bizim bəzi Qərb tərəfdaşlarımızla baş vermir. Bu halda mən deyə bilərəm ki, biz Aİ-də və NATO-da Azərbaycanın maraqlarının tərcüməçisi kimi çıxış edirik. Və bu istiqamətdə əlimizdən gələni edəcəyik ki, əlaqələrimiz daha da dərinləşsin. Çünki bu, həm Qafqaz regionunun, həm Mərkəzi Asiyanın, həm də qlobal maraqlara uyğundur. Çünki Azərbaycan bu regionda çox əhəmiyyətli coğrafi oyunçudur və Avropa İttifaqı və Transatlantik Alyans bunu gözardı edə bilməz və etməməlidir”, - Pabriks vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR