Milli fəal: İranda Əxlaq polisinin ləğvi gözlənilirdi

Milli fəal: İranda Əxlaq polisinin ləğvi gözlənilirdi
# 05 dekabr 2022 16:04 (UTC +04:00)

“Əxlaq polisinin ləğvi üç həftə əvvəl gözlənilirdi. Əslində son etirazlardan sonra Əxlaq polisi faktiki ləğv olunub və onun funksiyaları SEPAH-a verilib”.

APA xəbər verir ki, bunu “İran yeni baxış bucağında” adlı tədbirdə Cənubi Azərbaycanın milli fəalı, “Gunaz TV”nin rəhbəri Əhməd Obalı deyib.

Bununla belə, o, Əxlaq polisinin ləğvi ilə məsələnin həll olunmadığını qeyd edib:

“Əgər əvvəl etirazlar Əxlaq polisinə qarşı başlamışdısa, bir həftə sonra bu, rejimə qarşı çevrildi. Cənubi Azərbaycanda “Azadlıq, Ədalət, Milli hökumət” şüarları səsləndirilir, digər bölgələrdə də oxşar şüarlar var. İran hökuməti belə qərarlarla yumşaq davranmağa çalışacaq, ancaq bu nəyisə dəyişməyəcək, xalq ədalət, azadlıq istəyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR