Mişel: "Rusiya ilə bağlı altıncı sanksiyalar paketinin təsdiqlənməsi istiqamətində irəliləyiş var"

Mişel: "Rusiya ilə bağlı altıncı sanksiyalar paketinin təsdiqlənməsi istiqamətində irəliləyiş var"
# 30 may 2022 18:34 (UTC +04:00)

"Rusiyaya qarşı altıncı sanksiyalar paketi bir neçə həftədir ki, gündəlikdədir və artıq bununla bağlı qərar vermək zamanıdır".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.

"Artıq zamandır və mən əminəm ki, biz birlikdə qərar verəcəyik və bu məsələdə də həmrəy mövqeyimizi bir daha ortaya qoyacağıq. Əlbəttə, bu asan deyil, müxtəlif həssas məqamlar, müxtəlif narahtlıqlar var. Ancaq artıq yaxın saatlarda biz sankasiyalar paketi ilə bağlı irəliləyiş əldə etmişik və inanıram ki, bu istiqamətdə yekun qərarı təsdiqləyəcəyik", - deyə Ş. Mişel əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR