NATO rəsmisi: "Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası məsələsini müzakirə etməsi gözəl xəbərdir"

NATO rəsmisi: "Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası məsələsini müzakirə etməsi gözəl xəbərdir"
# 03 noyabr 2022 21:50 (UTC +04:00)

Tərəfdaşlarımızın sərhədlərin delimitasiyası məsələsini müzakirə etməsi yaxşı xəbərdir.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "Twitter"də bildirib.

O, bölgədə təhlükəsizliyin daha da artırılmasının vacibliyini vurğulayıb.

“NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir və Avropa İttifaqının (Aİ) bu danışıqlara ev sahibliyi etməsi və bu yaxınlarda Aİ Monitorinq Missiyasını başlatması da daxil olmaqla bu istiqamətdəki səylərini alqışlayır”, - deyə Kolomina qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR