Niderland səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı optimistdir

Paulin Eizeman

© APA | Paulin Eizeman

# 27 aprel 2022 11:33 (UTC +04:00)

Mən hazırda Cənubi Qafqazda sülh, normallaşma prosesi ilə bağlı irəliləyişlər barədə optimistəm.

Bunu Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema bu gün keçirdiyi mətbuat konfransında APA-nın sualına cavab olaraq bildirib.

O deyib ki, Avropa İttifaqı (Aİ) bu prosesdə fəaldır.

Diplomat Aİ Şurasının Prezidenti Şarl Mişelin tərəflərlə keçirdiyi görüşləri xatırladıb.

Səfir vurğulayıb ki, 6 apreldə Brüsseldə Aİ, Azərbaycan və Ermənistan liderlərinin görüşü uğurlu və səmərəli olub.

“Müəyyən razılaşmalar əldə olundu, görüşdən sonra xarici işlər nazirlərinin telefon danışıqları baş tutdu. Təbii ki belə birbaşa təmaslar vacibdir və önəmlidir. Xalqlar arasında münasibətlərə toxunaraq qeyd etmək istəyirəm ki, bu vacibdir. Avropa İttifaqı bu prosesə dəstək verə bilər”, - Pauline Eizema qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR