Overçuk: Biz Azərbaycanın Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi üçün səmimi səylərini görürük

Overçuk: Biz Azərbaycanın Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi üçün səmimi səylərini görürük
# 17 mart 2023 13:24 (UTC +04:00)

“Qarşılıqlı ticarət həcminin artması onu göstərir ki, ölkələrimiz qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsində maraqlıdır və biz sizinlə Hökumətlərarası Komissiya çərçivəsində daim bu barədə fikir mübadiləsi aparırıq, əməkdaşlığımızın daha da inkişaf etdirməyin yolları barədə düşünürük”.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanla Rusiya sərhədində yenidən inşa olunan “Xanoba” dövlət sərhəd buraxılış məntəqəsinin açılış mərasimində çıxış edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Biz Azərbaycanın Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi üçün səmimi səylərini görürük. Bu gün bizim sizinlə istifadəyə verdiyimiz keçid məntəqəsi bu konstruktiv səylərin ən gözəl sübutudur. Bu keçid məntəqəsi bizim ikitərəfli əlaqələrin sərhədləri çərçivəsindən daha da kənara çıxır. Bu gün dünyada qloballaşma, iqlim dəyişikliyi ilə əlaqədar baş verən proseslər dəyişikliklərə, yeni regionların, yeni əlaqələrin, yeni əmtəə-iqtisadi əlaqələrin yaranmasına gətirib çıxarır. Bu keçid məntəqəsi beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizində mühüm rol oynayacaq, hansı ki biz bu gün Azərbaycanla və digər ölkələrlə birlikdə qururuq. Qeyd olunduğu kimi, burada avtomobil nəqliyyatı da inkişaf edir, biz bu gün yolla gedərkən gördük ki, avtomobil yolu demək olar hazırdır. Biz sizinlə əlbəttə ki, dəmiryol infrastrukturunun inkişafını da müzakirə edirik. Bakı üçtərəfli qrupu qəbul edib, hansı ki bu qrupun fəaliyyəti Rusiya, Azərbaycan, İran və Körfəzi birləşdirəcək dəmiryol infrastrukturunun inkişafına fokuslanıb. Bu dəmiryolu sonradan cənub istiqamətində yüklərin daşınmasına xidmət edəcək. Bu səbəbdən də bütün nəqliyyat dəhlizi boyunca bu keçid məntəqəsi açar rol oynayır. Keçid məntəqəsinin açılışı onu göstərir ki, ölkələr nəqliyyat dəhlizi məsələsində olduqca ciddidirlər. Şimal-Cənub dəhlizi bir pazl kimi yığılır və Azərbaycan burada liderlik nümayiş etdirir. Öz tərəfimizdən biz də bir sıra məntəqələrin istifadəyə verilməsi ilə yüklərin növbəsiz və fasiləsiz daşınmasını təmin edirik. Bu məsələ də olduqca vacibdir. Keçid məntəqələri yük daşıyan şəxslər üçün rahat olmalıdır və burada çalışan şəxslər də öz işlərindən zövq alaraq insanlara xidmət etməlidir”, - Overçuk vurğulayıb.

Vəli Turan

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR