Paşinyan Putinlə görüş öncəsi Şarl Mişellə telefon danışığı aparıb

Nikol Paşinyan, Şarl Mişel

© APA | Nikol Paşinyan, Şarl Mişel

# 19 aprel 2022 09:54 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti "Twitter"də bildirib.

“Brüsseldəki son müzakirələrimizin davamı olaraq Baş nazir Nikol Paşinyanla danışdım. Cənubi Qafqazın dinc, sabit və təhlükəsiz olmasını təşviq etmək üçün onun və digər göstərilən bütün səyləri tam dəstəkləyirik”, - Mişel qeyd edib.

Xatırladaq ki, bu gün Nikol Paşinyan Moskvaya səfər edəcək. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR