Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
  • Clock-gray 14:52
  • calendar-gray 23 İyul 2019

Prezidenti İlham Əliyev iyulun 23-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul edib.

APA xəbər verir ki, səfir Volfqanq Maniq fəxri qarovul dəstəsinin qarşısından keçib.

Volfqanq Maniq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini bildirərək əlaqələrimizin bundan sonra daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev münasibətlərimizin inkişafında yüksək səviyyəli səfərlərin önəminə toxunaraq ötən il Federal Kansler xanım Angela Merkelin Azərbaycana səfəri zamanı ikitərəfli münasibətlərin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını qeyd edib və bildirib ki, bu səfər əlaqələrimizin daha da genişlənməsinə əsaslı təkan verib. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə uğurlu fəaliyyət göstərdiyini bildirən dövlətimizin başçısı bu şirkətlərin qeyri-enerji sektorunda, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində də fəal iştirak etdiklərini vurğulayıb. Prezident İlham Əliyev qeyri-enerji sektorunun inkişafının Azərbaycanda prioritet sahə olduğunu bildirərək bu istiqamətdə son illər böyük uğurlar qazanıldığını deyib.

Ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin vacibliyinə toxunan Prezident İlham Əliyev 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərildiyini bildirib.

Dövlətimizin başçısı Volfqanq Maniqin fəaliyyəti dövründə əlaqələrimizin uğurlu inkişafının davam etdiriləcəyinə ümidvar olduğunu deyib.

Ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafına toxunan səfir Volfqanq Maniq Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanın enerji, sənaye və qeyri-neft sahələrinin inkişafında, iqtisadiyyatın şaxələndirilməsi üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Volfqanq Maniq, öz növbəsində, 200 il bundan öncə Azərbaycanda məskunlaşmış almanların tarixi-mədəni irsinin qorunub saxlanılması məqsədilə Azərbaycan tərəfindən görülən işlərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

***

Prezident İlham Əliyev iyulun 23-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnaməsini qəbul edib.

APA xəbər verir ki, səfir Qo Min fəxri qarovul dəstəsinin qarşısından keçib.

Xanım Qo Min etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək yüksək səviyyəli görüşlərin əlaqələrimizin inkişafında rolunu qeyd edib. Bu ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün Çinə səfərini xatırlayan Prezident İlham Əliyev bu səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünün ölkələrimizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bir daha göstərdiyini qeyd edib. Dövlətimizin başçısı bu səfər çərçivəsində iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən 10 mühüm sənədin imzalanmasının ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmini vurğulayıb. Prezident İlham Əliyev, eyni zamanda, 2015-ci ildə Çin Xalq Respublikasına dövlət səfərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanla Çinin iqtisadi əməkdaşlığı uğurla inkişaf edir və bu baxımdan bu yaxınlarda Çinin Sian şəhərindən Azərbaycana yük qatarlının gəlməsi nəqliyyat sahəsində əlaqələrin yaxşı perspektivlərə malik olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev, eyni zamanda, bildirib ki, Çindən Azərbaycana gələn turistlərin sayının artması da əlaqələrin inkişaf etməsinin yaxşı göstəricisidir.

Səfir Qo Min, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Qo Min ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğu bir dövrdə Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu deyib. Səfirlik fəaliyyəti dövründə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına son səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə əldə olunmuş mühüm razılaşmaların reallaşdırılması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Səfir mühüm məsələlərlə bağlı ölkələrimizin bir-birini dəstəkləməsini münasibətlərimizin inkişaflının mühüm göstəricisi kimi dəyərləndirib. Azərbaycanın çox gözəl ölkə olduğunu bildirən Qo Min respublikamıza Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bundan sonra da uğurlu inkişaf arzulayıb.

Dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib.

APA xəbər verir ki, səfir Muriel Peneveyre fəxri qarovul dəstəsinin qarşısından keçib.

Muriel Peneveyre etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycanla İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və fəal dialoqun aparıldığını qeyd edib. Dövlətimizin başçısı İsveçrə Prezidenti ilə bu ilin yanvarında keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev İsveçrə Prezidentlərinin Azərbaycana səfərlərinin, Davos Forumu çərçivəsində yüksək səviyyəli mütəmadi görüşlərin əlaqələrimizin möhkəmləndirilməsinin yaxşı nümunəsi olduğunu deyib. Dövlətimizin başçısı iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiya qoyuluşu sahələrində əlaqələrin dinamik inkişaf etdiyini bildirib, İsveçrənin çoxlu sayda şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, mühüm layihələrin icrasında iştirak etdiklərini qeyd edib.

Azərbaycanda səfir təyin olunmasından şərəf duyduğunu bildirən Muriel Peneveyre səfirlik fəaliyyəti dövründə əlaqələrin genişləndirilməsi, o cümlədən ölkəmizin regionlarının daha yaxşı tanınması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. O, bu yaxınlarda Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etdiyini məmnunluqla qeyd edərək Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

***
Prezident İlham Əliyev iyulun 23-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini qəbul edib.

APA xəbər verir ki, səfir Yubazlan Bin Yusof fəxri qarovul dəstəsinin qarşısından keçib.

Yubazlan Bin Yusof etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycanla Malayziya arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirərək ölkəmizin iqtisadi, ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Dövlətimizin başçısı Azərbaycanla Malayziyanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləməsinin önəmini qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev Yubazlan Bin Yusofun səfirlik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Yubazlan Bin Yusof Malayziyanın ali rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb. Yubazlan Bin Yusof fəaliyyəti dövründə münasibətlərimizin inkişafı, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Dövlətimizin başçısı Malayziyanın ali rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziyanın ali rəhbərliyinə çatdırmağı xahiş edib.

***

11.57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib.
APA-nın xəbərinə görə, Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini də qəbul edib.

Prezidenti İlham Əliyev bu gün həmçinin Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun və Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnaməsini qəbul edib.

 

YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB">
apa-logo-mini

Digər xəbərlər

Arxiv

date