Qırğızıstan XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib

Azərbaycan - Qırğızıstan

© APA | Azərbaycan - Qırğızıstan

# 27 yanvar 2023 14:57 (UTC +04:00)

Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

APA xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

Qırğızıstan XİN həmçinin səfirliyin mühafizə xidmətinin rəhbərinin qətlə yetirilməsi ilə əlaqədar Azərbaycana başsağlığı verib.

“Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına və günahkarların məsuliyyətə cəlb edilməsinə çağırırıq”, – qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR