Rosen Plevneliev: "Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində rol oynayır"

Rosen Plevneliev

© APA | Rosen Plevneliev

# 15 iyun 2022 18:27 (UTC +04:00)

“Biz Azərbaycana təşəkkür edirik, çünki bu gün Azərbaycan Avropa İttifaqının, yüz milyonlarla insanın enerji təhlükəsizliyində rol oynayır və bizim üçün qiymətli tərəfdaşdır”.

APA xəbər verir ki, bunu bu gün IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev bildirib.

O deyib ki, enerji resurslarının diversifikasiyası istiqamətində Azərbaycan ciddi işlər görür:

“Biz hökumətin bu istiqamətdə planlarını və bunun üçün strategiyasını görürük. Doğru strategiya olmasa planlara nail olmaq mümkünsüz olar, amma Azərbaycanın doğru strategiyası var. Siz 10 il öncəki Azərbaycana baxaraq bunu aydın görə bilərsiniz. Azərbaycan bərpaolunan enerji sahəsində ciddi işlər görür və bu istiqamətdə ölkənin böyük potensialı var. Siz enerji resursları məsələsində inteqrasiyaya önəm verirsiniz. Məsələn, enerjinin çatdırılması məsələsində Gürcüstanla inteqrasiya və bu ölkənin prosesə cəlbi, Bolqarıstanla əməkdaşlıq və həmçinin digər ölkələrlə əməkdaşlıq, Avropanın enerji təchizatını qeyd etmək istərdim. Azərbaycan enerji təchizatı ilə bağlı sualın həlli məsələsində vacib partnyordur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR