Sabiq baş nazir: İsrailin Azərbaycanla dostluğu istənilən şəraitdə davam edəcək

Sabiq baş nazir: İsrailin Azərbaycanla dostluğu istənilən şəraitdə davam edəcək
# 11 mart 2023 13:40 (UTC +04:00)

İsraillə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir.

APA xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Ehud Olmert jurnalistlərə açıqlamasında deyib.

“İsraildə hökumət dəyişikliyindən zərər görməyən bir ölkə var ki, o da Azərbaycandır. Çünki həm müxalifət, həm koalisiya hökuməti, həm də iqtidar Azərbaycanın yanındadır. Biz sizə hörmət edirik, sizin dostluğunuza görə minnətdarıq və bu dostluğumuz istənilən şəraitdə davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR