Səfir: “Aİ ilə Azərbaycan arasında yeni saziş əməkdaşlığın keyfiyyətini artıra bilər”

Səfir: “Aİ ilə Azərbaycan arasında yeni saziş əməkdaşlığın keyfiyyətini artıra bilər”
# 04 may 2022 15:44 (UTC +04:00)

Azərbaycan hökuməti regionda peyvəndlənmə sahəsində ən böyük uğur göstərib. Peyvəndləmə kampaniyası yüksək səviyyədə aparılıb. Bu, pandemiyanın öhdəsindən gəlmək üçün çox vacibdir.

APA xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib.

Diplomat deyib ki, Aİ ÜST vasitəsilə Azərbaycan hökumətinə pandemiya ilə mübarizə üçün lazımi avadanlıqlar verib, 40 xəstəxanada 7 min tibb işçisinə təlimlər keçirilib və COVAX platforması çərçivəsində 2 milyon doza vaksin Azərbaycana verilib.

Aİ səfirinin sözlərinə görə, yeni sazişlə əməkdaşlığın yeni səviyyəyə, keyfiyyətə yüksələ biləcəyini inanırlar və bunun üçün perspektiv var: “Biz ticarət əlaqələrinin güclənməsini, daha çox Azərbaycan məhsullarının Avropa bazarına çıxarılmasını istəyirik. İnanırıq ki, yeni saziş bunu təşviq edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR