Səfir: Londonda azərbaycanlı diplomatlar təhdid və təhlükə altında fəaliyyətlərini davam etdirir

Səfir: Londonda azərbaycanlı diplomatlar təhdid və təhlükə altında fəaliyyətlərini davam etdirir
# 05 avqust 2022 10:27 (UTC +04:00)

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi fəaliyyətini davam etdirir.

APA-nın xəbərinə görə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Twitter” hesabındakı paylaşımında belə qeyd edib.

O qeyd edib ki, səfirlik əməkdaşları təhdidə rəğmən fəaliyyətlərini davam etdirirlər: "Səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR