Səfir: Slovakiyadan Azərbaycana minatəmizləmə avadanlıqları gətirilib

Səfir: Slovakiyadan Azərbaycana minatəmizləmə avadanlıqları gətirilib
# 11 may 2023 13:38 (UTC +04:00)

Slovakiya Qarabağda sosial-iqtisadi həyatın canlanmasına və Azərbaycan vətəndaşlarının oraya qayıtmasına kömək etmək üçün səy göstərir.

Bunu APA-ya müsahibəsində Slovakiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Layçakın deyib.

O bildirib ki, minatəmizləmə sahəsində əməkdaşlıqda, həmçinin Qarabağda “ağıllı kənd”in salınması Slovakiyanın səylərində özünü göstərir.

“Minatəmizləmə işlərinə gəlincə, Slovakiyanın “Way Industries” şirkəti 2021-ci ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə minatəmizləmə avadanlıqları üzrə müqavilə imzalayıb. Bütün avadanlıqlar artıq gətirilib və bu sahədə gələcək əməkdaşlıq üçün perspektivli tendensiya mövcuddur”, - səfir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR