Bank Of Baku

Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə humanitar əməliyyatlar Azərbaycan QAC ilə koordinasiya şəklində həyata keçirilir - BƏYANAT

Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə humanitar əməliyyatlar Azərbaycan QAC ilə koordinasiya şəklində həyata keçirilir - BƏYANAT
# 25 avqust 2023 13:59 (UTC +04:00)

Sevilya razılaşmasının 5.1; 5.3; 5.4 maddələrinə uyğun olaraq bir daha bəyan edirik ki, Hərəkatın əməliyyat planlarına və imkanlarına uyğun olaraq, Hərəkatın kollektiv reaksiyasının birgə yaradılması və həyata keçirilməsində mərkəzi rolu Azərbaycan Qızıl Aypara Cəmiyyəti oynayır.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ermənistan Qızıl Xaç Cəmiyyətinə cavabında bildirilib.

Qeyd edilib ki, həmin razılaşmaya görə humanitar əməliyyatlar Azərbaycan QAC ilə korrdinasiya şəklində həyata keçirilir: "Humanitar missiyamızda addımlarımızı öz tərəfdaşlarımızla - Beynalxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının Regional və yerli nümayəndəlikləri ilə mütəmadi olaraq müzakirələr aparırıq. Azərbaycan QAC bir daha bəyan edir ki, Ermənistan QXC-dən fərqli olaraq, siyasətə, siyasi proseslərə qoşulmur, öz nizamnaməsindən irəli gələn prinsiplərə, beynəlxalq humanitar dəyərlərə sadiqliyini saxlayır. Biz Azərbaycan qanunvericiliyinə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsiplərinə, eləcə də Sevilya razılaşmasına uyğun olaraq, Ağdam-Xankəndi yolu ilə tez bir zamanda istənilən humanitar yükün erməni sakinlərə çatdırılmasına hazır olduğumuzu bir daha bildiririk. Azərbaycan QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsiplərinə, humanitar dəyərlərə həmişə sadiq qalacağını bir daha vurğulayır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR