Toivo Klaarın mandatı uzadılıb

Toivo Klaar

© APA | Toivo Klaar

# 18 iyul 2022 14:42 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın mandatı uzadılıb.

APA xəbər verir ki, bu barədə Aİ Şurası qərar qəbul edib.

Qərara əsasən, Toivo Klaarın mandatı bir il - 31 avqust 2023-cü ilə qədər uzadılıb.

Xatırladaq ki, o, ilk dəfə 13 noyabr 2017-ci ildə bu posta təyin edilib.

Əlavə edək ki, Şuranın qərarına əsasən, Aİ-nin Belqrad-Priştina Dialoqu və Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Miroslav Layçakın mandatı 2 il (2024 -cü il 31 avqust), Saxel üzrə xüsusi nümayəndəsi Emanuela Klaudia Del Reyin mandatı 2 il (2024-cü il 31 avqust) Afrika buynuzu regionu üzrə xüsusi nümayəndəsi Annette Veberin mandatı iki il (2024-cü il 31 avqust) müddətinə uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR