USAID: Azərbaycan hökuməti ilə daha dərin əməkdaşlığa ümid edirik

Caydev Sinqx

© APA | Caydev Sinqx

# 20 iyun 2022 15:19 (UTC +04:00)

“USAID/Azərbaycan COVID-19 pandemiyasının təsirlərinə qarşı təcili və daha uzun müddətli səyləri dəstəkləmək üçün 9 milyon dollardan çox vəsait ayırıb”.

APA xəbər verir ki, bunu USAID-in Missiya Direktoru Caydev Sinqx jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda pandemiyaya qarşı mübarizə layihəsi ABŞ və Azərbaycan arasında 30 illik davamlı tərəfdaşlığın bariz nümunəsidir:

"USAID/Azərbaycan COVID-19 pandemiyasının sağlamlığa və iqtisadi təsirlərinə qarşı təcili və daha uzunmüddətli səyləri dəstəkləmək üçün 9 milyon dollardan çox vəsait ayırıb və ölkədəki hər bir vətəndaş əhatə olunana qədər Azərbaycan səhiyyə sistemini gücləndirmək və genişləndirməkdə davam edəcək. Ölkənin səhiyyə sistemini region üçün bir model halına gətirmək məqsədilə biz bu sahədə Azərbaycan hökuməti ilə daha dərin əməkdaşlığa ümid edirik”, - deyə USAID-in Missiya Direktoru Caydev Sinqx vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR