XİN rəhbəri: Azərbaycan və Türkiyənin ortaq layihələri regionda sabitliyi təmin edir

XİN rəhbəri: Azərbaycan və Türkiyənin ortaq layihələri regionda sabitliyi təmin edir
# 09 avqust 2022 17:29 (UTC +04:00)

Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri hər zaman yüksək səviyyədə olub, iki ölkə son 30 ildə birlikdə çox böyük yol qət edib.

APA xəbər verir ki, bunu Ankarada Türkiyə KİV-ə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O, İkinci Qarabağ müharibəsi dövründə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə rəsmilərinin, siyasi partiyalarının və bütün türk xalqının Azərbaycana dəstək olduqlarını vurğulayıb: “Bu, bir daha sübut edir ki, Azərbaycan və Türkiyə əlaqələri dünyada bənzəri olmayan səviyyəyə yüksəlib. Dünyada etnik, dini və mədəni olaraq bir-birinə yaxın olan qonşu ölkələr çoxdur. Lakin heç biri Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın deyil. Bunun ikinci bir nümunəsini dünyada görə bilmərik”, - nazir bildirib.

XİN rəhbərinin sözlərinə görə, Azərbaycan və Türkiyənin ortaq layihələri regionda sülh və sabitliyi təmin edir.

Nazir vurğulayıb ki, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə yüksəldilib və mövcud qardaşlıq və müttəfiqlik əlaqələri rəsmiləşdirilib: “Şuşa Bəyannaməsi həm bugünkü, həm də gələcək nəsillər üçün tarixin önəmli bir parçasıdır. Bəyannamədə fərqli sahələrdə olan əlaqələrimiz sistematik şəkildə qeyd edilir. Bəyannamə əlaqələrimizin daha da inkişafına töhfə verdi. Şuşa Bəyannaməsi iqtisadiyyatdan enerjiyə, kommunikasiyadan humanitar sahələrə, beynəlxalq əlaqələrdə koordinasiyadan media sahəsində əməkdaşlığa və ən önəmlisi müdafiə sahəsindəki əməkdaşlığı əhatə edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR