XİN rəhbəri: “Hərbdə Zəfər çalmış Azərbaycanın sülh danışıqlarında da qalib olacağına əminəm”

XİN rəhbəri: “Hərbdə Zəfər çalmış Azərbaycanın sülh danışıqlarında da qalib olacağına əminəm”
# 09 iyul 2022 13:04 (UTC +04:00)

Biz hərbdə Zəfər qazanmış ölkə olaraq bu gün Şuşada sülh, sülh quruculuğu barədə danışacağıq. Azad edilmiş ərazilərə qayıdış, 30 il Vətən həsrəti ilə yaşayan insanların qayıdış planları barədə danışacağıq.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

Nazir qeyd edib ki, hərbdə Zəfər çalmış Azərbaycanın sülh danışıqlarında da qalib olacağına əmindir: “Çox yaxın zamanlarda biz bunun nəticələrini görəcəyik. Bu təqdimatların Şuşada edilməsinin xüsusi rəmzi mənası var. Dövlətimiz 44 günlük Vətən Müharibəsi nəticəsində beynəlxalq hüququ, tarixi ədaləti bərpa etdi. Eyni zamanda, biz sülh quruculuğu prosesində də qalib olmaqla, sözün əsl mənasında bütün dünyaya fərqi göstərəcək, nümayiş etdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR