Aİ Azərbaycan hökuməti ilə pandemiyanın mənfi təsirlərinin aradan qaldırılmasına yönələn proqramı razılaşdırıb

Aİ Azərbaycan hökuməti ilə pandemiyanın mənfi təsirlərinin aradan qaldırılmasına yönələn proqramı razılaşdırıb
# 29 yanvar 2021 11:42 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi regionların və kənd yerlərinin inkişafı ilə bağlı 8 layihə həyata keçirir.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankasukas onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, bu layihələr regionların inkişafına, eyni zamanda, kənd təsərrüfatına dəstək məqsədi daşıyır: “Biz inanırıq ki, vətəndaş cəmiyyətinin inkişafı ilə həqiqi inkişafa nail olmaq mümkündür. Layihələrimizin məqsədi regionların inkişafına dəstək vermək, gənc nəslin təhsilinə şərait yaratmaqdır”.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri qeyd edib ki, Azərbaycan hökuməti ilə cari iki illik proqram razılaşdırılıb və bu proqramda əsas diqqət pandemiyanın sosial-iqtisadi sahələrə mənfi təsirlərinin aradan qaldırılmasına yönəlib: “Azərbaycanla bağlı Aİ-nin maliyyə alətlərinin mövcudluğunu nəzərə alaraq növbəti 5-7 il üçün prioritetlər müəyyən ediləcək. Görülən işlərin sahəsi genişdir. Biz vətəndaş cəmiyyəti layihələri üzərində işləyəcəyik, regionların inkişafı ilə bağlı işlərimizi davam etdirib uğur qazanacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR