Aİ qaz alışına dair Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır

Aİ qaz alışına dair Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır
# 19 dekabr 2020 02:13 (UTC +04:00)

Avropa İttifaqı qaz almaq və Dağlıq Qarabağda nizamlanmada iştirak etmək üçün Azərbaycanla yeni tərəfdaşlıq müqaviləsi bağlamaq niyyətindədir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Azərbaycan-Aİ Əməşkdaşlıq Şurasının iclasından sonra bildirib.

“Aİ Azərbaycanla demokratiyaya, insan hüquqlarına və fundamental azadlıqlara hörmətə əsaslanan yeni iddialı və hərtərəfli əməkdaşlıq müqaviləsi bağlamaq istəyir. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və ticarət əlaqələrimizin, eləcə də tərəfdaşlığımızın ən geniş formada inkişafına kömək edəcək. Aİ ATƏT-in Minsk Qrupu ilə sıx əməkdaşlıq şəklində Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllini dəstəkləməyə və formalaşdırılmasına hazırdır”, - Borrell belə deyib.

Öz növbəsində, Genişlənmə üzrə Avropa Komissarı Oliver Varheli Avropa İttifaqının Azərbaycanla qaz sahəsində əməkdaşlığının inkişafına marağını vurğulayıb. O, növbəti dəfə Brüsselin bu ilin sonuna qədər Azərbaycandan Cənub Qaz Dəhlizi ilə ilk qaz tədarükünün icrasını gözlədiyini xatırladıb və qeyd edib ki, Brüssel bu qaz nəqli layihəsinin Qərbi Balkanlara qədər uzadılması imkanlarını nəzərdən keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR