Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası komissiyasının iclasının gecikmə səbəbi açıqlanıb

Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası komissiyasının iclasının gecikmə səbəbi açıqlanıb
# 11 mart 2020 13:40 (UTC +04:00)

2020-ci ildə də Gürcüstan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı işlər davam etdiriləcək.

APA-nın məlumatına görə, bu barədə APA TV-yə müsahibəsində Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

X. Xələfov bildirib ki, fevral-mart aylarında görüşün baş tutmasına çalışılıb: “Amma iş cədvəli ilə bağlı olaraq, iclas baş tutmayıb. Xüsusilə regionda yeni yayılmış təhlükəli koronavirus bir çox planların da təxirə salınmasına öz təsirini göstərib. Buna baxmayaraq, biz Gürcüstan tərəfi ilə mütəmadi olaraq əlaqədəyik. Mart ayının sonlarına yaxın komissiyanın Tbilisidə növbəti iclasının keçirilməsinin tarixini müəyyən edəcəyik. Yəqin ki, aprel ayından gec olmayaraq, komissiyanın iclasını keçirəcəyik. Komissiyanın iclasını ekspertlərin görüşü və digər müvafiq tədbirlər müşayiət edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR