Azərbaycan Prezidenti BƏƏ Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti BƏƏ Prezidentinə başsağlığı verib
# 25 mart 2021 17:15 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyana başsağlığı məktubu ünvanlayıb.

APAQ xəbər verir ki, başsağlığında deyilir:

"Əlahəzrət,

Görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin maliyyə naziri, Dubay Əmirinin müavini Şeyx Həmdan bin Rəşid Al Məktumun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR