Azərbaycan Prezidenti Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək

Azərbaycan Prezidenti Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək
  • Clock-gray 14:28
  • calendar-gray 18 İyun 2020

Azərbaycan Prezidenti İlham Əliyev Qələbənin 75 illiyi münasibətilə Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcək.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bildirib.

Prezident İlham Əliyev Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, ölkəmiz bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaq.

Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını bildirib.

Qeyd edək ki, paradın koronavirus pandemiyası səbəbindən bu il mayın 9-da keçirilməsi mümkün olmayıb. Parad iyunun 24-də keçiriləcək. 

apa-logo-mini

Digər xəbərlər