Azərbaycan zabiti Britaniya Sandhurst Kral Hərbi Akademiyasını fərqlənmə ilə bitirib

Azərbaycan zabiti Britaniya Sandhurst Kral Hərbi Akademiyasını fərqlənmə ilə bitirib
# 09 aprel 2021 10:35 (UTC +04:00)

Azərbaycan Ordusunun Zabiti Murtuz Zeynalov Böyük Britaniyanın Sandhurst Kral Hərbi Akademiyasında təhsilini fərqlənmə ilə başa vurub.

APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Twitter” hesabında paylaşım edilib.

Paylaşımda Murtuz Zeynalov Sandhurst Kral Hərbi Akademiyasında təhsilini fərqlənmə ilə başa vurması münasibətilə təbrik edilib.

“Zabit Zeynalov beynəlxalq kursant kimi xüsusi xidmət göstərdiyinə görə “Hodson’s Horse Award” Mükafatına layiq görülüb. Birləşmiş Krallıq mütəmadi olaraq Azərbaycanın və bölgənin Silahlı Qüvvələrinin heyətini Britaniyalı həmkarları ilə birlikdə peşəkar hərbi təlimlərdə iştirak etməyə dəvət edir”, - deyə paylaşımda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR