Azərbaycanın Britaniyadakı səfiri ermənilərin sərhəddəki hücumları barədə Britaniya parlamentinin üzvlərini məlumatlandırıb

Azərbaycanın Britaniyadakı səfiri ermənilərin sərhəddəki hücumları barədə Britaniya parlamentinin üzvlərini məlumatlandırıb
  • Clock-gray 20:22
  • calendar-gray 13 İyul 2020

 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Britaniya parlamentinin üzvlərini ermənilərin Azərbaycanın Tovuz rayonundakı və sərhəddəki hücumları barədə məlumatlandırıb.

Səfirlikdən APA-nın Britaniya bürosuna verilən məlumata görə, videokonfrans vasitəsilə keçirilən görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Milli Məclisin deputatı və həmçinin Milli Məclisdə Britaniya ilə dostluq qrupunun sədri Cavanşir Feyziyev, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun (APPG) sədri, İcmalar Palatasının üzvü Bob Blekmen, Lordlar Palatasının üzvü Lord Devid Evans, Ketrin Uest və başqa parlament üzvləri iştirak ediblər.

Videokonfransda Britaniya parlamentinin üzvləri sərhəddə baş verənlərlə bağlı səfir Tahir Tağızadədən vəziyyəti sorğu ediblər. Səfir onları bölgədə gedən proses barədə məlumatlandırıb. Konfransda beynəlxalq ictimaiyyətin Azərbaycana olan hücumlara mövqeyi, Britaniyadan bu xüsusda Azərbaycanın gözləntiləri haqqında danışılıb. Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun (APPG) sədri Bob Blekmen videokonfransda bildirib ki, Azərbaycanla həmrəydirlər.

 

Aytən Abbaslı

Digər xəbərlər